Latest Event Updates

Ermənistan yeni baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə ekspertlərin mövqeyi

Posted on Updated on

Pashinyan«Azərbaycan Paşinyanın bu tələbini ciddi qəbul etməməlidir, bu, çox populist bəyanatdır», – keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə cavab olaraq belə söyləyir. Paşinyan deyir ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz. Читать далее…

Реклама

Five struggling republics

Posted on

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın avrointeqrasiyadan gözləntiləri

Posted on Updated on

azerbaijan-EU

SSRİ-nin dağılması ərəfəsində mərkəz tərəfindən keçmiş sovet respublikalarında etnik münaqişələr qızışdırılmağa başladı. SSRİ rəhbərliyinin Dağlıq Qarabağ münaqişənin qarşısının alınmasına gec və qeyri-adekvat reaksiyaları Azərbaycan üçün  artıq Moskvanın bölgədə siyasi partnyor kimi rolunu kiçildirdi.

Читать далее…

Muxtar Vilayətin Partiya fəalları DQMV Xalq Deputatları Sovetinin qərarına qarşı

Posted on Updated on

Kommunist 22 Fevral 1988DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də  toplantı keçirərək SSR Ali Sovetinin qarşısında DQMV-nin Azərbaycan SSR tərkibindən alınaraq Ermənistan SSR tərkibinə verilməsi barədə vəsadət qaldırır və  qərar qəbul edir.  Dağlıq Qarabağ münaqişəsini alovlandıran bu qərar həm Bakıda, həm də Moskvada birmənalı qarşılanmadı. Bakının reaksiyası çox uzun çəkmədi. Artlq fevralın 22-də DQMV Partiya fəallarının toplantısı keçirilir və toplantı adından yuxarıda göstərilən qərarı inkar edən qətnamə qəbul edilir.

Qəbul olunan qətnamənədən aydın olur ki, Sov. İKP MK-nın katibi Razumovsikinin iştirakı ilə keçirilən toplantıda Azərbaycan tərəfinə və DQMV erməni əhalisinə müraciət olunaraq onları vəziyyəti gərginləşdirməməməyə çağırırlar.

Читать далее…

Qaradağlı mühasirədə, Bakıda «İstefa»

Posted on

qaradgliQaradağlı kəndi DQMV-nin Xankəndi və Martuni (İndiki Xocavənd)  yaşayış məntəqələrini birləşdirən əsas yolun  üzərində yerləşən 800 nəfərdən çox sakini olan böyük bir kənd olub. Kənd 14 erməni kəndlərinin əhatəsində yerləşdiyindən münaqişənin başlandığı ilk dövrdən 1992-ci il kəndin işğalına qədər olan müddətdə 300 dəfədən çox erməni dəstələrinin hücuma məruz qalıb. Kəndin alınması sevdasına düşən erməni qruplaşmalarının hamısının kəndin işğalı planı olub. Ermənilərin ən məşhur hərbi qruplaşmaları «Arabo», «Aramo» və «Masis», eləcədə, məşhur hərbiçiləri Monte Melikonyan, Arkadi Ter-Tadevosyan (Komandos ləqəbli) bu kəndin alınması üçün onlarla cəhdlər göstəriblər.  Читать далее…

ABŞ kəşfiyyatının proqnozu ‘şişirdilib’

Posted on

azadliq radiosu«2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda perspektiv olmadığı halda böyük ehtimalla hərbi münaqişənin alovlana biləcəyini düşünürəm. Bu risk çox böyükdür. Hər halda, iki ordu qarşı-qarşıya durub. Bu baxımdan ABŞ Milli Kəşfiyyatının dedikləri real görünür», — deputat Rasim Musabəyov ABŞ-ın Milli Kəşfiyyat direktoru Daniel Koutsun «Dünyada Təhlükənin Dəyərləndirilməsi» adlı yeni hesabatında Dağlıq Qarabağa dair söylədiklərini şərh edərkən belə deyir.

Читать далее…

Kamran Bağırovun Qarabağa uğursuz missiyası və münaqişənin başlanması

Posted on

TASS_2957231988-ci il, Dağlq Qarabağda bir qrup gənc və əsasən Hadrut rayonundan olan aktivistlər Dağlıq Qarabağ Müxtar Vilayətinin Azərbaycandan ayrılmasına çağıran imza toplanması kampaniyasına başlayır. Dağlıq Qarabağın aktiv insanlarının cəhdələrinə baxmayaraq 3-4 ay ərzində Hadrut və ətraf rayonlarda yaşayan insanlar arasında aparılan kampaniya müddətində cəmi 250 imza toplaya bilirlər. Çox mədud qrup insanların xəbəri olduğu imza toplama kampaniyası barədə məlumatlar DQMV-nin rəhbərliyinə bəlli olur. O zaman DQMV Kommunist Partiyasının birinci katibi Boris Gevorkovun göstərişi ilə Hadrutda və elcədə artıq ətraf rayonlarda başlanan imza toplayan qrupun üzvləri müəyyənləşdirilir. Читать далее…